Saytımızı qiymətləndirin


 
 

BDU-nun Jurnalistika fakültəsində Əhməd İsmayılovla görüş keçirilib
Tarix: 15-04-2022 | Saat: 18:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

BDU-nun Jurnalistika fakültəsində Əhməd İsmayılovla görüş keçirilib

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılovla “Media sahəsində islahatların hüquqi əsasları” mövzusunda görüş keçirilib.

MEDİA-dan verilən xəbərə görə, tədbirdə Medianın İnkişafı Agentliyinin əməkdaşları, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər.

Əhməd İsmayılov bildirib ki, özünəməxsus inkişaf yolu keçmiş Azərbaycan mediası ölkədə və dünyada baş verən hadisələrlə bağlı ictimaiyyətin məlumatlandırılması, xalqın haqq səsinin dünyaya çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərib. O, media sahəsində islahatların hüquqi əsasları, medianın fəaliyyəti, media etikası, peşəkarlıq standartları ilə bağlı tələbə-jurnalistləri məlumatlandırıb. Xüsusilə medianın cəmiyyətdəki rolu, media subyektləri arasındakı münasibətlərin hüquqi baxımdan tənzimlənməsi və funksiyaları ilə bağlı əsas məqamları diqqətə çatdırıb.

Sonra Əhməd İsmayılov “Media haqqında” qanunun əsas müddəalarını şərh edərək, jurnalistlər üçün əhəmiyyətini vurğulayıb. Medianın bugünkü problemləri, cəmiyyət və media arasında əlaqələr barədə tələbələrlə fikir mübadiləsi aparılıb.

İnteraktiv formada keçirilən görüşdə tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.



Xəbəri paylaş

1248 dəfə oxunub.

Digər xəbərlər