Azərbaycanda son sutkada koronavirus əleyhinə 7 603 vaksin vurulub.

Bu barədə Qarabaginfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 552, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 538, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 6 018, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 495 nəfərdir.