Saytımızı qiymətləndirin


 
 

Nyu-York metrosunda atışmada şübhəli bilinən şəxs həbs edilib
Tarix: 13-04-2022 | Saat: 23:24
Bölmə:Karusel / Gündəm | çapa göndər

Nyu-York polisi aprelin 12-də metroda atəş açmaqda şübhəli bilinən 62 yaşlı Frenk Ceymsi saxlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABC telekanalı polisə istinadən məlumat yayıb.

Şübhəli şəxs hazırda Nyu-Yorkun mərkəzindəki Manhettenin 9-cu dairəsində həbs saxlanılır.

Qeyd edək ki, aprelin 12-də səhər saatlarında Nyu-Yorkun “36th Street” metrostansiyasında atışma baş verib. CNN yerli xəstəxanaların məlumatlarına istinadən bildirib ki, atışma nəticəsində azı 29 nəfər xəstəxanaya yerləşdirilib.



Xəbəri paylaş

1206 dəfə oxunub.

Digər xəbərlər