Saytımızı qiymətləndirin


 
 

Zərərçəkmiş: "Maqsud Mahmudova 850 min dollarlıq antik əşya vermişəm"
Tarix: 13-04-2022 | Saat: 17:20
Bölmə:Karusel / Multimedia | çapa göndər

Maqsud Mahmudov Ukraynada saxlanıldı - FOTO

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmişlər dindirilib.

Qarabaginfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs zərərçəkmiş Rasim Bayramovun ifadəsinə epizodlarla münasibət bildirib.

M.Mahmudov deyib ki, R.Bayramov ondan 17 min manat pul alıb: "Təkcə "Həyat ağacı"na görə 10 min manat vermişəm. Halbuki həmin əşya antik sayılmır”.

Zərərçəkmiş İlham Kərimov isə deyib ki, M.Mahmudov ona 57 min 600 dollar zərər vurub: "Ona 32 ədəd çar III Aleksandra aid antik əşya vermişəm. Hələ də pulumu almamışam".

Məhkəmənin növbəti iclası aprelin 18-nə təyin edilib.

16.11

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş ifadə verir.

Qarabaginfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Rasim Bayramov bildirib ki, uzun illər zərgərliklə məşğul olub.

O deyib ki, M.Mahmudov ona külli miqdarda ziyan vurub: "Maqsud mənim malımı götürüb satıb, pulları isə mənimsəyib. Onu çoxdan tanıyıram. Özüm almaz mağazası işlətmişəm. Bir gümüş vaza vermişdim. Onun da qiyməti 50 min dollardır. Daha sonra ona qiyməti 850 min dollarlıq antik sayılan "Həyat ağacı" vermişəm. Hər iki əşya XIX əsrə aiddir. Bunlar mənim babalarımdan qalıb".

Məhkəmə davam edir.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.(Report)




140 dəfə oxunub.

Digər xəbərlər