Saytımızı qiymətləndirin


 
 

“Normal proses gedir, Azərbaycan Rusiya sülhməramlılarının neytrallığını təmin edə bilib...”
Tarix: 13-04-2022 | Saat: 12:39
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Normal proses gedir, Azərbaycan Rusiya sülhməramlılarının neytrallığını təmin edə bilib...”
“Bu dəqiqə Qarabağın bir çox hissələrində vəziyyət Azərbaycan Ordusunun yenidən dislokasiya edilməsiylə müşaiyət olunur. Bu, xüsusi ilə Ağdərədə daha intensiv həyata keçirilir. Ohanyan kimi revanşislər də Azərbaycan Ordusunun Ağdərədəki dislokasiya sahələrini dəyişməsini əsas tutaraq “Qarabağı əldən verdi” şüarı ilə ora gəliblər”
 
Qarabaginfo.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloq deyib ki, Azərbaycan Ordusu Qarabağda vəziyyətə tam olaraq nəzarət etməkdədir:
 
“Azərbaycan Ordusunun əsas məqsədi Sərsəng su anbarını nəzarət altına almaqdır. Suqovuşandan sonra əsas su anbarı Sərsəng su anbarıdır. Sərsəng su anbarını ya nəzarətə götürmüşük, ya da nəzarət prosesini başa çatdırmaq üzrəyik. Ümumiyyətlə, Qarabağda bütün su hövzələrinə nəzarət Azərbaycan Ordusuna məxsusdur, amma bu işin bir əmması var idi ki, Sərsəng su anbarı hələ ki, ermənilərin nəzarəti altında idi. Sərsəng su anbarından Suqovuşana su axıdılır və özləri bildiyi qədər su axıdırlar. Çünki ordan kənd təsərrüfatı ehtiyacıları üçün də istifadə olunur, amma yetərincə su yoxdur. Yay aylarında əkin sahələrinə su veriləndə su elektrik stansiyaları işləmir.     
 
Zənnimcə, Azərbaycan Ordusu dislokasiya sahələrini dəyişməklə həm də özümüzün olan və mənbələri Murovdağında, kiçik Qafqaz dağlarında formalaşan, xüsusilə Sərsəngdə su hövzələrini nəzarətə almaq qanuni haqqımızdır. Bu, Qarabağın bir neçə rayonunun su təchizatının gen-bol təmin edilməsi üçün prinsipial əhəmiyyətə malikdir. Hesab edirəm ki, Qarabağda vəziyyət qənaətbəxşdir. Düzdü, Lavrov dünən bir söz işlətmişdi ki, “biz Qarabağı azərbaycanlılara verməyəcəyik”. Amma bütün bunlara baxmayaraq Fərrux dağından sonra normal proses gedir. Düşünürəm ki, Azərbaycan tərəfi Rusiya sülhməramlılarının neytrallığını təmin edə bilib”.  


Xəbəri paylaş

1209 dəfə oxunub.

Digər xəbərlər