Saytımızı qiymətləndirin


 
 

Aİ Azərbaycanla Ermənistan arasında birbaşa təmasları və əlaqəni dəstəkləyib
Tarix: 11-04-2022 | Saat: 23:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

Oxu.az - Спецпредставитель ЕС посетит Азербайджан

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında bu gün baş tutan telefon danışığını müsbət qiymətləndirib.

Qarabaginfo.az xəbər verir ki, Toyvo Klaar bu barədə özünün 

tviter

 hesabında yazıb.

“Ötən həftə Brüssel görüşündən sonra mühüm inkişaf. Avropa İttifaqı birbaşa təmasları və əlaqəni dəstəkləyir”, - Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi sosial şəbəkə hesabında yazıb.

O, həmçinin Ceyhun Bayramovun Ermənistanın xarici işlər naziri ilə danışığəna dair tviter paylaşımını da paylaşıb.

Xatırladaq ki, bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub. Tərəflər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.

 



Xəbəri paylaş

1260 dəfə oxunub.

Digər xəbərlər