Saytımızı qiymətləndirin


 
 

Azərbaycan millisi Maltaya uduzdu
Tarix: 09-04-2022 | Saat: 19:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan millisi Maltaya uduzdu

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.

Qarabaginfo.az-ın məlumatına görə, millimiz Avropa çempionatının seçmə oyununda Malta ilə görüşüb.

İkinci mərhələdə B liqasının 1-ci qrupunda mübarizə aparan komandalar Şimali İrlandiyada üz-üzə gəlib. Üç gün öncə Farer adalarını iki qolla yenən Azərbaycan millisi bu dəfə oyuna erkən qolla başlasa da, 1-ci dəqiqədə əldə olunan üstünlüyü qoruya bilməyib. Maltaya uduzan komandamız liderliyi əldən verib.

Qeyd edək ki, komandamız üç gündən sonra Şimali İrlandiya ilə görüşəcək.

Avropa çempionatının seçmə mərhələsi
B liqası, 1-ci qrup
II tur, 10 aprel
17:00. Azərbaycan – Malta – 1:2
Qollar: Pərvin Səfərəliyeva, 1 – Uillis, 62, Ferugia, 69
Larne. İnver Park



Xəbəri paylaş

1194 dəfə oxunub.

Digər xəbərlər
26-10-2020, 13:37 Sabahın hava proqnozu