Saytımızı qiymətləndirin


 
 

"Sabah" "Zirə"ni məğlub edib
Tarix: 09-04-2022 | Saat: 19:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

Əsl, bol qollu futbol alındı" » Football-plus.az

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

Qarabaginfo.az-ın məlumatına görə, günün ikinci matçında "Sabah" "Zirə"ni qəbul edib.

"Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib. "Sabah"ın qollarını 40-cı dəqiqədə Zurab Oçiqava, 58-ci dəqiqədə isə Coy Lens-Mikels vurub. "Qartallar"ın yeganə qoluna 48-i dəqiqədə Hamidu Keyta imza atıb.

Xallarının sayını 32-ə çatdıran "Sabah" 5-ci, 36 xala malik "Zirə" isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk matçında "Neftçi" səfərdə "Şamaxı"nı 2:1 hesabı ilə üstələyib. XXII tura aprelin 10-da keçiriləcək "Sumqayıt" - "Qarabağ" və "Səbail" - "Qəbələ" matçları ilə yekun vurulacaq.



Xəbəri paylaş

1225 dəfə oxunub.

Digər xəbərlər