Saytımızı qiymətləndirin


 
 

Ukrayna Prezidentinə Aİ-yə üzvlüklə bağlı sorğu vərəqəsi verilib
Tarix: 08-04-2022 | Saat: 22:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenskiyə sorğu vərəqəsini təqdim edib və onun doldurulması Ukraynanı Avropa İttifaqına daxil olmasını yaxınlaşdıra bilər.

Qarabaginfo.az-ın məlumatına görə, sənəd Avropa Komissiyasına Ukraynanın Avropa İttifaqına daxil olması məsələsinin müzakirəsinə başlamaq üçün Aİ Şurasına tövsiyə etməyə imkan verəcək.

Sənəd Avropa İttifaqına tövsiyə xarakteri daşıyacaq. Avropa Komissiyasının rəhbəri sorğunu doldurmağa kömək edəcəyinə söz verib:

“Birlikdə sıx işləsək, bu mövqeyi həmişə olduğu kimi illər ərzində deyil, həftələr ərzində formalaşdırmaq mümkün olacaq”.



Xəbəri paylaş

1380 dəfə oxunub.

Digər xəbərlər