Saytımızı qiymətləndirin


 
 

Slovakiya Ukraynaya “Dana” özüyeriyən artilleriya qurğuları sata bilər
Tarix: 08-04-2022 | Saat: 22:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

Вооружение и военная техника ракетных и артиллерийских войск выведены на огневые позиции - АЗЕРТАДЖ Видео – Азербайджанское государственное информационное агентство

Ukrayna Slovakiyadan “Dana” özüyeriyən artilleriya qurğuları (NATO adı 155mm SpGH ZUZANA- Red) ala bilər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Dennikn.sk” saytı məlumat yayıb.

Qeyd olunub ki, silahın alınması ilə bağlı danışıqlar demək olar ki, yekunlaşıb.

Standart “Zuzana” özüyeriyən artilleriya qurğusunda 152 mm-lik mərmilər istifadə edilir ki, mərmilərin çəkisi 43,5 kq olaraq atəş uzaqlığı 18,7 km-dir.

Həmçinin xüsusi olaraq özündə 47 ədəd tank əleyhinə və piyada əleyhinə elementləri olan mərmilər də nəzərdə tutulub ki, bu mərmilərin atəş məsafəsi 28,23 km civarındadır.

Tələb olunan təlim müddəti 1 həftədir. Özüyeriyən toplar müasir atış-kontrol sistemi ilə təchiz olunub. “Dana” 8×8 konfiqurasiyalı “Tatra” şassisində yerləşir.



Xəbəri paylaş

1361 dəfə oxunub.

Digər xəbərlər