Saytımızı qiymətləndirin


 
 

Rusiya Gürcüstanın “3+2” formatına qoşulmasında maraqlıdır
Tarix: 08-04-2022 | Saat: 17:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

2021/12/46dfg-1640081435.jpg

 

Biz İrəvan və Ankara arasında münasibətlərin normallaşmasını alqışlayırıq.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.

“Bu, bizim ümumi regionumuzda vəziyyətin sağlamlaşmasına yardım etməlidir”, - Rusiya XİN başçısı vurğulayıb.

Cənubi Qafqazda regional əməkdaşlıq, “3+2” platformasının uğurla fəaliyyətə başlamasından danışan Lavrov bildirib ki, bu platforma dialoqun qurulması və çoxplanlı əməkdaşlıq üçün əlavə imkanlar yaradır: “Bizim ümumi mövqeyimiz ondan ibarətdir ki, bu platforma Cənubi Qafqazın bütün ölkələri və onların qonşuları arasında dialoqun qurulması və inkişafı, çoxplanlı əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Biz Gürcüstanın bu perspektivli formata qoşulmasında maraqlı olduğumuzu təsdiq etdik”.


Xəbəri paylaş

224 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70