Saytımızı qiymətləndirin


 
 

“Azərbaycan Daşbaşıda möhkəmlənməkdə davam edir” - Abrahamyan
Tarix: 08-04-2022 | Saat: 15:49
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

2021/09/photo-1632478451.jpg

 

“Brüsseldə baş tutmuş İlham Əliyev-Paşinyan görüşündən əvvəl Fərrux kəndi, Daşbaşı dağ silsiləsi istiqamətində baş vermiş Azərbaycan aktivliyi əslində öz həllini tapmadı”.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan bildirib.

Onun sözlərinə görə, məsələ Rusiya-Azərbaycan münasibətləri müstəvisinə atılıb.

“Yəni məsələ Rusiya-Azərbaycan münasibətləri müstəvisinə atıldı, əsas problem Azərbaycanın daxil olması yox, Rusiya sülhməramlılarının hərəkətsizliyi idi. Aydındır ki, sülhməramlılar Qarabağ sakinlərinin ümidlərini doğrultmadı, azərbaycanlıların aktivliyinin qarşısını almadılar, Azərbaycan qoşunlarını öz başlanğıc mövqelərinə qaytarmadılar. Azərbaycan Daşbaşının ələ keçirdiyi hissələrində möhkəmlənməkdə davam edir ki, bu da Azərbaycan bölmələrinin Rusiya ilə danışıqlar yolu ilə öz başlanğıc mövqelərinə qayıtmasını kifayət qədər qeyri-müəyyən, hətta qeyri-real edir”, - deyə Abrahamyan qeyd edib.


Xəbəri paylaş

203 dəfə oxunub.

Digər xəbərlər