Saytımızı qiymətləndirin


 
 

Metroda niyə şəkil çəkdirmək olmaz?
Tarix: 08-04-2022 | Saat: 12:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Hamıya məlumdur ki, Bakı metrosunda foto çəkmək qadağandır. Bununla bağlı bütün stansiyalarda bununla bağlı xüsusi lövhələr də var.

Qarabaginfo.az xəbər verir ki, məsələ ilə bağlı “Bakı Metropliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, metropolitendə çəkilişin qadağan olunması Nazirlər Kabinetinin qərarı ilə Bakı Metropolitenindən istifadə qaydalarında mövcuddur.

Bakı metropolitenin rəhbərliyinin icazəsi olmadan foto, video və kino çəkilişləri aparmaq olmaz:

“Çəkiliş üçün metropoliten rəhbərliyindən icazə alınmalıdır. Metroda icazə verilən çəkilişlər belə müşayətlə aparılır. Sərnişinin Metropoliten ərazisində foto və ya video çəkilişlə məşğul olması təhlükəsizlik baxımından məqsədəuyğun deyil. Çəkilişlərin qadağan olunmasının əsas səbəbi sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədi daşıyır. Metropoliten strateji obyekt olduğuna görə, müəyyən qadağaların tətbiq edilməsi başadüşüləndir və birmənalı şəkildə qaydalara əməl olunmalıdır”- deyə B.Məmmədov bildirib.



Xəbəri paylaş

226 dəfə oxunub.

Digər xəbərlər