Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Culfa rayonunun Ərəzin kəndi ərazisində rayon sakini R.Abdullayev idarə etdiyi “Hyundai” markalı mikroavtobusu aşırıb. Qəza nəticəsində sərnişin Nərgiz Qədimbəyli hadisə yerində ölüb, digər 6 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.