Saytımızı qiymətləndirin


 
 

Eynulla Fətullayevə 4000 avro təzminat ödəniləcək
Tarix: 07-04-2022 | Saat: 14:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, aprelin 7-də jurnalist, “Haqqin.az” saytının rəhbəri “Eynulla Fətullayev Azərbaycana qarşı” işi üzrə qərarını elan edib.

Qarabaginfo.az-ın məlumatına görə, AHİM-in qərarı haqda hüquq müdafiəçisi Xalid Ağalıyev xəbər verib.

Məhkəmə ərizəçinin vəkillərinin iddia etdikləri pozuntuların əksəriyyətini tanıyıb.
 

“Bu iş Eynulla Fətullayev “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin baş redaktoru kimi həbsdə olarkən üzərindən narkotik tapılması ittihamları ilə bağlı idi. AİHM hesab etdi ki, bu işdə jurnalistlə bağlı bütün məhkəmə prosesləri ədalətsiz olub, Konvensiyanın 6.1-ci maddəsi pozulub”,- deyə hüquq müdafiəçisi bildirib.
 

AHİM-in qərarına əsasən, hökumət jurnalistə 4000 avro təzminat ödəməlidir.



Xəbəri paylaş

219 dəfə oxunub.

Digər xəbərlər