Saytımızı qiymətləndirin


 
 

Sabaha gözlənilən hava şəraiti açıqlanıb
Tarix: 07-04-2022 | Saat: 12:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Sabah yağış yağacaq

Aprelin 8-i üçün gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 15-20° isti, Bakıda gecə 7-9° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacaq.



Xəbəri paylaş

232 dəfə oxunub.

Digər xəbərlər