Saytımızı qiymətləndirin


 
 

Brüssel görüşü: Əliyevin planı nədir? - TƏHLİL
Tarix: 06-04-2022 | Saat: 15:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

- Bakının sülh sazişi təklifinə səssiz qalan İrəvanın prosesin sürətlənməsi istəkləri;
- ATƏT sədrinin Bakı və İrəvana səfəri;
- Blinkenin Əliyev və Paşinyanla telefon danışığı;


Bu gün keçiriləcək Brüssel görüşündə müzakirə ediləcək məsələlərlə bağlı bu üç hadisə fonunda ehtimallar irəli sürmək mümkündür.

Ermənistan Azərbaycanın 5 bəndlik baza təklifinə “Qarabağ ermənilərinin statusunu” əlavə etmək niyyətindədir və sülh sazişi üçün ATƏT-in Minsk qrupuna müraciət etdi. Qarabağda baş verənlər, Azərbaycan Ordusunun mövqelərini irəli çəkməsi İrəvanın Bakının separatizmi ləğv etməsi və “status” məsələsini praktiki gündəmdən çıxarması qorxusu ilə “dərhal danışıqlar” məsələsini gündəmə gətirməsinə səbəb oldu. Və Ermənistan Avropa masasını fürsət olaraq görür:

Birincisi, “status”u Minsk qrupu formatında gündəməm gətirə biləcəyini düşünür və bu formatın dirilməsini Avropada istəyənlər var;

İkincisi, “status” və Minsk qrupu formatını istəyən Fransa Avropa İttifaqına sədrlik edir: Brüssel görüşünə Yelisey sarayının təsiri ola bilər;

Üçüncüsü, Paşinyan Zəngəzur dəhlizinin “yol məntiqi” ilə açılması istəyinə ötən ilin dekabrda keçirilən Brüssel görüşündə nail olmuşdu: yenə eyni masada sülh sazişinə Qarabağdakı ermənilərinin “taleyini” daxil edə biləcəyini düşünür;

Brüsseldə sülh sazişinin mümkün müzakirəsində Ermənistanın bu istəyinin masada olacağı bəllidir, hərçənd, “status” Bakının “qırmızı xətti”dir, bunu Brüssel görüşünü təşkil edən tərəflər də bilirlər.

ATƏT sədrinin Bakıya səfəri və Blinkenin zəngi bu kontekstdə xüsusilə önəmlidir: mümkündür ki, söhbət sülh sazişi danışıqlarının hansı formatda aparılmasının həllindən gedir; İrəvan “status” istəyinə görə Minsk qrupu formatının dirilməsini istəyir, Bakı indi ikitərəfli danışıqlardan yanadır;

Ukraynadan sonra Rusiya ilə açıq qarşıdurmaya gedən ABŞ-ın “format” məsələsinə yanaşması həlledici ola bilər. Vaşinqton Rusiyanın “tək hakim” olmadığı masanı dəstəkləyir:

- ya Minsk qrupu formatında üç həmsədr ölkənin iştirakı;
- ya Bakı və İrəvanın üçüncü tərəf olmadan müzakirə etməsi;


Blinkenin zəngində bu məsələlərin müzakirə edildiyi ehtimalı böyükdür.

“Format” məsələsində Bakının manevr imkanı daha geniş görünür, çünki geosiyasi qarşıdurma fonunda Minsk qrupu formatının baş tutması çətindir və bu, ABŞ-ın “ikitərəfli format”a üstünlük verməsinə şərait yaradır: ikitərəfli formatda Ermənistan “status” məsələsində irəliləyiş əldə edə bilməyəcək; Avropa masasında belə bir “istək-tələb” gündəmə gələrsə, Bakının “status”un indi gündəmdə olmadığı Rusiya masası seçimi var;

Mövqelər arasındakı ziddiyyət Brüsseldə sülh sazişi ilə bağlı ciddi irəliləyişlərin olacağını sual altına salır, mümkündür ki, prosesin başlanması haqda ümumi bəyanatlar verilsin. Bu görüşün Bakı üçün üç əhəmiyyəti görünür:

- Münaqişənin bitdiyi realığının ABŞ-ın da təşkilatçılığında iştirak etdiyi Avropa masasında yenidən qəbul etdirmək;
- ATƏT-in Minsk qrupunun “taleyinin” həll edilməsi və bu, formatın gündəmdən çıxarılmasına nail olmaq;
- Ermənistan sülh sazişinə razılaşmayacağı təqdirdə, atacağı addımlarla bağlı Qərbdə alibi qazanmaq;



Xəbəri paylaş

1215 dəfə oxunub.

Digər xəbərlər