Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda 6 körpəyə Nikol adı qoyulub
Tarix: 06-04-2022 | Saat: 12:17
Bölmə:Karusel / Gündəm | çapa göndər

 Azərbaycanda 6 körpəyə Nikol adı qoyulub

 

Son 5 ildə Azərbaycanda yeni doğulan 6 uşağa Nikol adı qoyulub.

Qarabaginfo.az saytı bu barədə Ədliyyə Nazirliyindən məlumat əldə edib. Nazirliyin məlumatına görə, Nikol adı verilən körpələrin 2-si 2018-ci ildə, 2-si 2019-cu ildə, 2-si isə 2020-ci ildə doğulub. 

Qeyd edək ki, Azərbaycanda Nikol adı məhz 2018-ci ildən sonra tanınmağa başlayıb. Buna səbəb elə həmin ilin mayında Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gələrək, baş nazir seçilməsi olub. Nikol adı xüsusilə 2020-ci ildə  - 44 günlük Vətən müharibəsi dövründə daha “populyarlaşdı”. Həmin vaxt Azərbaycanda hətta erməni baş nazirə meyxana da qoşublar.

Ədliyyə Nazirliyinin məlumatına görə, son 5 ildə Azərbaycanda 7 uşağa Nikoloz, 3 uşağa Nikolay, 1 uşağa isə  Nikolas adı verilib.\Modern.az



Xəbəri paylaş

210 dəfə oxunub.

Digər xəbərlər