Saytımızı qiymətləndirin


 
 

Dövlət Departamenti Tayvanla “Patriot” sistemlərinə dair müqaviləni təsdiqləyib
Tarix: 06-04-2022 | Saat: 07:49
Bölmə:Karusel / Dünya | çapa göndər

Almaniyanın “Patriot” sistemləri modernləşdiriləcək

ABŞ Dövlət Departamenti Tayvanla “Patriot” zenit-raket komplekslərinin (SAM) saxlanmasına dair sazişin bağlanmasını təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Əməkdaşlıq və Təhlükəsizlik Administrasiyası məlumat yayıb.

“Təklif edilən satış alıcının təhlükəsizliyini gücləndirəcək və bölgədə siyasi sabitliyə, hərbi balansa və tərəqqiyə töhfə verəcək”, - agentliyin yaydığı bəyanatda deyilir.

Müqavilə 95 milyon dollar dəyərində qiymətləndirilir. Tayvana xidmət göstərmək və “Patriot” hava hücumundan müdafiə sistemini dəstəkləmək, saxlamaq və təkmilləşdirmək üçün avadanlığın satışı üzrə oxşar 100 milyon dollarlıq müqavilə fevralın əvvəlində təsdiq edilib.

ABŞ Müdafiə Nazirliyinin Müdafiə Əməkdaşlıq və Təhlükəsizlik Administrasiyası hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə, ABŞ və digər ölkələrin silahlı qüvvələri arasında əlaqələrin inkişafına, müdafiə sahəsində Vaşinqtonun xarici tərəfdaşlarına maliyyə və texniki yardımın göstərilməsinə cavabdehdir.(Report0



Xəbəri paylaş

1208 dəfə oxunub.

Digər xəbərlər