Saytımızı qiymətləndirin


 
 

NATO: Rusiya ilə münasibətlərimiz kökündən dəyişib
Tarix: 05-04-2022 | Saat: 18:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

NATO: Rusiya ilə münasibətlərimiz kökündən dəyişib

Rusiya ilə münasibətlərimiz kökündən dəyişib.

Qarabaginfo.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

“Rusiya 1990-cı illərdə NATO-Rusiya arasında imzalanmış və tərəflər arasında dialoqu dəstəkləyən sazişdən uzaqlaşdı. İllər ərzində dialoq və tərəfdaşlıqla bağlı apardığımız işlər artıq mövcud deyil. Lakin eyni zamanda, biz Rusiya ilə əlaqə saxlamağa davam etmək istəyirik, çünki Rusiya bizim qonşumuzdur. Çünki biz həmçinin çətin münasibətləri də idarə etməliyik, risklərin azaldılması, silahlara nəzarətlə bağlı məsələlər var. Lakin bizim əvvəllər çalışdığımız mənalı dialoq artıq Rusiya üçün bir seçim deyil. Çünki bu ölkə açıq və kobud şəkildə beynəlxalq hüququ pozub”, - o qeyd edib.



Xəbəri paylaş

1232 dəfə oxunub.

Digər xəbərlər