Xocavənddə silah-sursat aşkarlanıb.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində xidmət apararkən erməni hərbi birləşmələrinin tərk etdikləri mövqelərdən 4 pulemyot, 3 qumbaraatan, 1 tank əleyhinə idarə olunan raket, 40 daraq, 3500 müxtəlif çaplı patronlar və digər sursatlar aşkar edərək götürüb və aidiyyəti üzrə təhvil veriblər.