"Əslində Rusiyanın özü denasifikasiya olunmalıdır…”-Etibar Məmmədov
Tarix: 04-04-2022 | Saat: 17:26
Bölmə:Karusel / Müsahibə | çapa göndər
1474 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 04-04-2022 | Saat: 17:26
Bölmə:Karusel / Müsahibə | çapa göndər

“ “Bütün sərhədləri boyu təhlükəsizlik zolağı” o deməkdir ki, Rusiya həmsərhəd olan bütün dövlətləri işğal edərək öz ərazisinə qatmalıdır…”
“Denasifikasiya” dedikdə Rusiya açıq şəkildə ukrayın xalqını və dövlətini yox etmək məqsədi nəzərdə tutulur. Amma əslində Rusiyanın özü denasifikasiya olunmalıdır. Çünki bütün dünya üçün təhlükə yaratması artıq göz qabağındadır”.
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədov Moderator.az əməkdaşının “Putinin Ukraynadakı denasifikasiya siyasətinin mahiyyətini necə açıqlayardınız?” sualını cavablandırarkən söyləyib.
“Bu saat əsl nasist, irqçi dövlətə Rusiya özü çevrilib. Bu saat həmin dövlət açıq şəkildə faşist siyasəti aparır. Məsələn, Kremlin baş təbliğatçılarından biri olan Solovyov dünənki çıxışında bəyan etdi ki, Rusiyanın bütün sərhədləri boyu “təhlükəsizlik zolağı” yaradılmalıdır. Buradan anlaşılır ki, Rusiya tarix boyu etdiyini yenə təkrarlamağı qarşısına məqsəd qoyub. Yəni bu ölkənin başında duranlar daim ərazilərini genişlətmək istəyəndə deyiblər ki, yanımızdakı dövlət bizim üçün təhlükə yaratdığından təhlükəsizlik zolağı yaratmalıyıq və sonra da həmin əraziləri işğal edib öz dövlətinə qatıblar. İndi də “bütün sərhədləri boyu təhlükəsizlik zolağı” o deməkdir ki, Rusiyanın həmsərhəd olan bütün dövlətləri işğal edərək öz ərazisinə qatmaq və həmin xalqları özünə tabe etmək niyyətindədir. Və bu, artıq bütün dünyaya meydan oxumaqdır, XX əsrin 30-40-cı illərində nasist Almaniyasının apardığı siyasətin XXI əsrdə davamıdır. Ona görə də bütün dünya birləşib əsl denasifikasiya və demilitarizasiyanı, yəni həm də tərksilah olunmağı Rusiyaya qarşı tətbiq etməlidir” –deyə açıqlamasının ardında partiya lideri vurğulayıb.
Digər xəbərlər
10-01-2023, 10:57
Qarın səbəb olduğu qəzalar - 3 ölü, 21 yaralı
9-02-2018, 12:40
Bakı ətrafında 23 dəmir yolu stansiyası tikiləcək
16-11-2021, 11:48
Növbəti ilin büdcəsində prioritet QARABAĞDI
20-08-2021, 11:31
DİN karantin qaydalarına riayət etməklə bağlı vətəndaşlara çağırış edib
4-10-2021, 14:24
Prezident Cəbrayıla gedib
30-04-2022, 03:59
Kiyev yaxınlığında 900 meyitin aşkarlanmsı xəbəri dəqiqləşdirilir
18-05-2023, 15:32
Prezident Azərbaycanla Britaniya arasında beynəlxalq avtomobil daşımalarına dair sazişi təsdiqləyib