Saytımızı qiymətləndirin


 
 

Xocalıdan Buçaya gedən “şərəfli” ömür yolu
Tarix: 04-04-2022 | Saat: 16:09
Bölmə:Karusel / Region | çapa göndər

 Xocalıdan Buçaya gedən “şərəfli” ömür yolu

Ruslar Kiyevdən qoşunlarını geri çəkəndə arxada qalan mənzərə içlər acısı durumunda idi. Buçanın küçələrində qalaq-qalaq olmuş meyidlər, tikə-para bədənlər və dağılmış bir şəhər. Faciəyə xoş gəlmisiniz...

Xatın, Oradur, Liditsa və Buça

40 gündür Ukrayna “denazifikasiya” xəyallarına düşən “anti-nasizmin sadiq qoruyucusu” Rusiya dövləti ilə mübarizə aparır. Ruslar isə ağına-bozuna baxmadan qaniçənliklərinə davam edirlər.

Avropa tarixində Xatın, Oradur və Liditsadan sonra ən qanlı qətliam XXI əsrin əvvəllərində, sivil və modern dünyanın mərkəzində - Avropada yaşandı. Nəzərə alsaq ki, Xatını həyata keçirənin özləri ruslar olub, o zaman “rus ayısı”nın qətliam məsələsində necə can fəşan olmasını deməyə gərək yoxdur, zənnimcə.

Avropalı dövlət başçılarının, xüsusən də Qərbin strateqlərinin bu məsələdə ağzılarına su alıb oturması isə artıq adi hala çevrilib. Bilirsiniz niyə? Çünki insanlıq bu dünyada insanlardan daha öncə ölüb. Siyasətdə fərq etmir bir insan, yaxud da milyonlar. Əgər sənin məqsədlərin varsa, bir ölkəni belə güdaza verə bilərsən, necə ki, Ukrayna arıtq uçurumun dibindədir.

Xocalıdan Buçaya gedən “şərəfli” ömür yolu

“Ayını armudundan uzaq salan” bu saat Ukraynadır. Amma tarixə ekskursiya etsək, görərik ki, İmperiya ambisiyalarının ehtirasında yanıb-qovrulan şimal qonşumuzun törətdiyi bu hadisələr ilk belə “sənət əsəri” deyil. 1992-ci ilin fevralın 26-da da bu hal təkrarlandı. Amansızcasına qətliamlar törədən, milyonların sümükləri üzərində böyük İmperiyanın sütunlarını qurmaq istəyən ruslar bu hadisəni bizim də başımızda törətdilər, özü də erməninin əli ilə.

Kreml onsuz da qana doymayan bir zəlidir. Bu qan hərisliyi isə onu Əfqanıstan, Koreya, Çeçenistan, Vyetnam, Gürcüstan, Suriya və son olaraq Ukraynada “böyük macəralar” yaşamasına səbəb olub. Böyük qətliamlar isə bu dünya üçün sadəcə böyük bir utancdır.

Sələflərinin sadiq qoruyucusu

Tarixdə çox diktatorlar görmüşük. Avropanı ovucuna alıb, ona olmazın zülmlərini yaşadan, Auschwitz, Belzec, Chelmno, Majdanek, Sobibor və Treblinkada insanlıq faciəsi yaşadan Adolf Hitlerdən tutmuş, ukraynalıları “Qolodomor” ilə aclığa məhkum edən İosif Stalinə qədər, yaxud da bütün Kambocanı düyü tarlalarında ölümcül işlərə məcbur edən Pol Potdan tutmuş, “Qızıl terror”un “şah atası” efiopiyalı Mengistu Haile Mariama qədər hamısı bu tarixdə öz “izlərini” qoyublar.

İndi isə sələflərinin sadiq qoruyucusu olan Vladimir Putin tarixdə onlara çatmaq üçün əlindən gələni edir. Çeçenistan və Gürcüstan hərbi kampaniyalarından doymayan bəstəboy dostumuz öz “şöhrətini” Ukraynada da göstərmək niyyətindədir. Qismən də buna nail oldu deyə bilərik.

Buçadan sonra nələr olacağını isə kimsə bilmir.(yenisabah)



Xəbəri paylaş

1255 dəfə oxunub.

Digər xəbərlər