Saytımızı qiymətləndirin


 
 

Bakıda baş verən partlayışda ölən şəxsin kimliyi məlum olub
Tarix: 03-04-2022 | Saat: 10:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

Partlayış baş verən gecə klubunun son görüntüləri -

Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verən partlayış zamanı ölən şəxsin kimliyi məlum olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir - gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova. 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmaqla zəruri istintaq hərəkətləri davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir.



Xəbəri paylaş

1261 dəfə oxunub.

Digər xəbərlər