Saytımızı qiymətləndirin


 
 

“Hraparak”: Ermənistan üçün müharibədən qaçmağın yalnız bir yolu var
Tarix: 02-04-2022 | Saat: 13:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

2020/09/Nikol-1599469298.jpg

 

Ötən gün hökumətin iclasında Azərbaycanın hücumu ehtimalı ilə bağlı danışan Nikol Paşinyan hökumətinin buna qarşı hər hansı addım atıb-atmaması barədə bir kəlmə də deməyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“O, ruslara gileylənib ki, onlar rəqbimizin təkəbbürlü olmasına imkan verirlər. Paşinyan başa salıb ki, Qərb üzərinə düşən öhdəlikləri yerinə yetirmir, biganədir. Sonra Baş nazir Azərbaycanın məqsədlərini və addımlarını təqdim edib, lakin Ermənistan hökumətinin ona müqavimət göstərmək üçün gördüyü işlər barədə bir kəlmə də deməyib. O, Ermənistan vətəndaşlarına başa salıb ki, müharibədən qaçmağın yalnız bir yolu var: Azərbaycanın bütün ilkin şərtlərini yerinə yetirərək Azərbaycana təslim olmaq və alçaldıcı sülh müqaviləsi imzalamaq”, - deyə nəşr qeyd edib.


Xəbəri paylaş

274 dəfə oxunub.

Digər xəbərlər