Saytımızı qiymətləndirin


 
 

DİN-dən Manaf Ağayevlə bağlı açıqlama: "Deyilənlər əsassızdır"
Tarix: 02-04-2022 | Saat: 12:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

 DİN-dən Manaf Ağayevlə bağlı açıqlama:

 


Daxili İşlər Nazirliyi (DİN) vəkil Adəm Məmmədovun müğənni Manaf Ağayevə məxsus "Mercedes" markalı avtomobilinin qanunsuz olaraq polisin cərimə meydançasında saxlanılması iddialarına münasibət bildirib. 

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev "Yeni Sabah"ın sorğusuna cavab olaraq bildirib ki, vəkilin iddiaları əsassızdır.

"Manaf Ağayevin avtomobilinin polisin müvəqqəti dayanacaqda saxlanılması ilə bağlı vəkil Adəm Məmmədovun iddiaları həqiqəti əks etdirmir. Avtomobil Manaf Ağayevin barəsində təsdiq olunmuş inzibati tənbeh tədbiri ödənildikdən dərhal sonra müğənniyə təhvil verilib", - DİN rəsmisi vurğulayıb.



Xəbəri paylaş

241 dəfə oxunub.

Digər xəbərlər