Saytımızı qiymətləndirin


 
 

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
Tarix: 01-04-2022 | Saat: 22:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Man killed in Lawndale shooting: police - Chicago Sun-Times

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Qarabaginfo.az-ın məlumatına görə, hadisə Qarayar kəndində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması zamanı rayon sakinləri - 1985-ci il təvəllüdlü Rəşad Əlimusa oğlu Abdəliyev və 1972-ci il təvəllüdlü Nadir Adil oğlu Məmmədov xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş

1209 dəfə oxunub.

Digər xəbərlər