Naxçıvanda komanda-qərargah təlimləri keçirilir - VİDEO
Tarix: 01-04-2022 | Saat: 16:53
Bölmə:Karusel / Gündəm | çapa göndər
220 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 01-04-2022 | Saat: 16:53
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən komanda-qərargah təlimi keçirilir.
Qarabaginfo.az xəbər verir ki, komanda-qərargah təliminin ssenarisinə uyğun olaraq müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən Naxçıvan Qarnizonu Qoşunlarının birləşmə və hissələri “Həyəcan” siqnalı ilə qaldırılıb.Təlimdə komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbul edib aktiv radioelektron mübarizə şəraitində yuxarı qərargaha məruzə etməsinə, tabelikdə olanlara çatdırmasına, döyüşün təşkili üzrə bacarıq və vərdişlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib.
Çətin keçiləbilən dağlıq ərazilərdə aşkar edilən şərti düşmənin terror qruplaşmaları xüsusi həmlə qruplarımız tərəfindən dronların və pilotsuz uçuş aparatlarının dəstəyi ilə məhv edilib və hakim yüksəkliklər ələ keçirilib.
Tank təhlükəli istiqamətlərdə açılma həddlərini tutan tank əleyhinə bölmələrimiz tərəfindən düzünə və yarımdüzünə tuşlama ilə şərti düşmənin zirehli texnikaları məhv edilib.
Aviasiya ilə qarşılıqlı əlaqə suallarının işlənildiyi təlimdə hava hücumundan müdafiə bölmələri şərti düşmənin hava hücum vasitələri və pilotsuz uçuş aparatlarına qarşı fəaliyyətləri icra ediblər.
Qərargahlar üçün əməliyyat şəraitinin daha da mürəkkəbləşdirilməsi məqsədilə əlavə qüvvələrin cəlb edildiyi komanda-qərargah təlimi davam edir.

Xəbəri paylaş
Digər xəbərlər
20-10-2021, 12:19
Azərbaycanda pandemiya ilə mübarizə aparan qadınlara fəxri adların verilməsi təklif edilir
16-05-2023, 10:50
Borrel: Aİ Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik istiqamətində iştirakını davam etdirir
23-03-2021, 16:16
Mehman Əliyev: “Zəngilan-Kəlbəcər tərəfə baxdıqda görürük ki, burada sərhədlər...” - Müsahibə
10-12-2021, 17:05
Moskvada “3+3” formatında ilk iclas keçirilir
6-01-2024, 11:38
Blinken Türkiyədə səfərdədir
28-03-2022, 12:04
Zakir Həsənov orduya tapşırıq verdi:hər an hazır olun
3-04-2022, 15:37
Azərbaycan əleyhinə videolar hazırlayan yutuber ifşa edildi
26-10-2021, 10:55
DTX rəisi Azərbaycanda sabitliyi pozmağa çalışanlara xəbərdarlıq edib
8-06-2020, 11:51
17 yaşlı qız intihar etdi