Saytımızı qiymətləndirin


 
 

Əsgəri öldürən sabiq polis hakim qarşısına çıxarılır
Tarix: 01-04-2022 | Saat: 11:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

Əsgəri öldürən sabiq polis hakim qarşısına çıxarılır

Bakıda Daxili Qoşunların əsgərini maşınla vuraraq öldürən sabiq polislə bağlı istintaq yekunlaşıb.

Qarabaginfo.az xəbər verir ki, qəzanı törədən keçmiş polis serjantı Vaqif Novruzovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası aprelin 11-ə təyin olunub.

Qeyd edək ki, hadisə ötən il noyabrında Sabunçu rayonunda baş verib. V.Novruzov “Toyota” markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış DQ-nin əsgəri Rövşən Alxasovu vurub. Sonuncu xəstəxanaya yerləşdirilsə də, orada vəfat edib.

V.Novruzov saxlanılıb Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaaydalarını pozma) maddəsi ilə mühakimə olunacaq.



Xəbəri paylaş

226 dəfə oxunub.

Digər xəbərlər