Saytımızı qiymətləndirin


 
 

Ermənilər vahimələnib - Düşmən Fərrux yüksəkliyini itirməyi həzm edə bilmir
Tarix: 31-03-2022 | Saat: 12:05
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Xocalı rayonunun Fərrux kəndi ətrafında baş verənlər Ermənistan rəsmilərini və Qarabağdakı separatçıları vahimələndirib. Kütləvi panikaya qapanan düşmən ayrı-ayrı platformalarda hay-küy salır, əsassız iddialar irəli sürür, beynəlxalq təşkilatları və böyük dövlətləri aldatmağa çalışırlar.

Ermənistan mətbuatı isə hər gün Fərrux kəndi ilə bağlı müxtəlif xəbərlər yayır, məyusluqla ərazidəki əməliyyat-taktiki vəziyyətin öz xeyirlərinə dəyişmədiyini, gərginliyin qaldığını bildirir.

Ermənistanın digər aparıcı KİV-ləri ilə yanaşı, “Hraparak” qəzeti də bugünkü sayında Fərrux kəndi və onun ətrafındakı Daşbaşı yüksəkliyi (düşmən Qaraqlux adlandırır-red.) barədə xəbərə geniş yer ayırıb.

Xəbərdə bildirlib ki, Azərbaycanın hərbi qüvvələri əvvəlki kimi Daşbaşı yüksəkliyində yerləşir, hətta mövqeləri xeyli güclənib.

“Rusiyanın sülhməramlı qüvvələri Fərrux kəndinə nəzarət edir, lakin yaşayış məntəqəsi  Azərbaycan bölmələri tərəfindən mühasirəyə alınıb və orada erməni birləşmələri yoxdur, sakinlər geri qayıda bilmir”,-deyə düşmən mətbuatı həyəcanla yazıb.

Qəzet Qarabağdakı separatçılara istinadən yazır ki, Azərbaycan hərbçiləri təkcə Daşbaşı yüksəkliyi və Fərrux kəndi istiqamətinə nəzarəti davam etdirməklə kifayətlənmir, həm də Pirlər kəndinə doğru mövqelərini möhkəmləndirir, traktorlarla yol açır, texnikanın hərəkətini və təchizat prosesini təmin edirlər.

Erməni separatçılarının təşvişindən belə anlaşılır ki, Azərbaycan hərbçiləri mövqelərini yaxşılaşdırıb ərazidə möhkəmləndikcə, Xocalının Pirlər, Xanabad, Sərdarkənd yaşayış məntəqələrinə də nəzarəti itirəcəklərindən qorxurlar.

Ermənistan tərəfi hazırda həm hərbi, həm də diplomatik kanallardan istifadə etməklə Azərbaycan hərbçilərinin Fərrux kəndi istiqamətindən əvvəlki mövqelərinə çəkilməsinə nail olmağa çalışır.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin bir neçə gün öncə yaydığı məlumata görə, Ordumuzun bölmələri martın 24-dən sonra mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi nəticəsində Xocalının Fərrux kəndinə və bu yaşayış məntəqəsi ətrafındakı yüksəkliyə nəzarət etməyə başlayıb.(modern.az)



Xəbəri paylaş

285 dəfə oxunub.

Digər xəbərlər