Saytımızı qiymətləndirin


 
 

"Zirə"nin hücumçusu: "Bütün oyunlarda qalib gəlmək istəyirik"
Tarix: 28-03-2022 | Saat: 19:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan Premyer Liqasının bombardiri yenidən yığmaya dəvət aldı

"Taktiki cəhətdən düzgün oynamaq, baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirmək və bütün oyunlarda qalib gəlmək istəyirik".

Qarabaginfo.az-ın məlumatına görə, bunu Gürcüstan millisinin futbolçusu Davit Volkov səfərdə Albaniyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunu öncəsi mətbuat konfransında deyib.

Hazırda "Zirə"də çıxış edən 27 yaşlı hücumçu ardıcıl 4 qələbədən sonra yığmada yaxşı əhval-ruhiyyənin hökm sürdüyünü bildirib: "Əminəm ki, Albaniya ilə yaxşı yoldaşlıq matçı olacaq. Çalışacağıq ki, bu görüşü qələbə ilə başa vuraq və Millətlər Liqasını yaxşı ab-havada qarşılayaq".

Albaniya - Gürcüstan qarşılaşması martın 29-da gerçəkləşəcək.

Qeyd edək ki, Davit Volkov hazırda 10 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.



Xəbəri paylaş

1215 dəfə oxunub.

Digər xəbərlər