Saytımızı qiymətləndirin


 
 

Zelenski: "Biz NATO-dan yalnız 1 faiz silah istədik"
Tarix: 27-03-2022 | Saat: 12:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ukrayna prezidenti Volodimir Zelenski NATO-ya məxsus təyyarə və tankların yalnız bir faizini istədiklərini, amma 31 gündür bu yardımı gözlədiklərini dilə gətirib.

Qarabaginfo.az "UNİAN"a istinadla xəbər verir ki, paylaşdığı videomüraciətdə NATO və Rusiyaya səslənən Volodimir Zelenski Qərb ölkələrinə Ukraynanı Rusiyaya qarşı müdafiə etmək üçün ağır silahlar göndərməyə çağırışını təkrarlayaraq deyib:

"Ukrayna və Avropa üçün bu təhlükəsizliyin təminatı təyyarələr, tanklar və hava hücumundan müdafiə sistemləridir. Biz NATO-dan təyyarə və tankların yalnız bir faizini istədik. Hələ çox istəmirik, amma 31 gündür gözləyirik. Yəni Avro və Atlantik birliklərinə kim başçılıq edir? Rəsmi Moskva hələ də hədə-qorxu ilə davam edir? Tərəfdaşlar Ukraynaya yardımı artırmalıdırlar. Buna ehtiyacı olan da onlardır. Çünki bu, həm də Avropanın təhlükəsizliyidir".



Xəbəri paylaş

1234 dəfə oxunub.

Digər xəbərlər