Saytımızı qiymətləndirin


 
 

ABŞ-dan Ukrayna DİN-ə əlavə 100 milyonluq yardım
Tarix: 27-03-2022 | Saat: 02:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

ABŞ sərhədlərin təhlükəsizliyi, asayişin və hökumət infrastrukturunun qorunması üçün Ukrayna Daxili İşlər Nazirliyinə əlavə 100 milyon dollar yardım etmək niyyətindədir.

Qarabaginfo.az xəbər verir ki, ABŞ Dövlət katibi Entoni Blinken deyib.

"Birləşmiş Ştatlar Ukrayna Daxili İşlər Nazirliyinin mühüm hökumət infrastrukturunu qorumaq qabiliyyətini yaxşılaşdırmaq üçün əlavə 100 milyon dollar ayırmaq niyyətindədir", - Blinken bildirib.

Ehtimal olunur ki, bu maliyyə vəsaiti hesabına Ukrayna Daxili İşlər Nazirliyi və Sərhəd Xidməti yeni mühafizə vasitələri, zirehli texnika, tibbi avadanlıq ilə təmin olunacaq.



Xəbəri paylaş

1223 dəfə oxunub.

Digər xəbərlər