Saytımızı qiymətləndirin


 
 

İsveç hərbi təyyarələri Ukrayna və Belarus yaxınlığında kəşfiyyat aparıb
Tarix: 26-03-2022 | Saat: 20:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

İsveç hərbi təyyarələri Ukrayna və Belarus yaxınlığında kəşfiyyat aparıb

İsveç kəşfiyyat təyyarəsi Polşanın Ukrayna və Belarusla sərhədi boyunca kəşfiyyat uçuşu aparıb.

Qarabaginfo.az İsveç Krallığı Silahlı Qüvvələri və Radio Kəşfiyyat Xidmətinə istinadən xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.

Təyyarə İsveç Hərbi Hava Qüvvələrinə məxsusdur. Xidmət məxfilik səbəbi ilə təfərrüatları açıqlamır.

“Təyyarənin Polşada olduğunu təsdiqləyə bilərəm, lakin əlavə təfərrüatları açıqlaya bilmərəm” , - deyə İsveç Krallığı Silahlı Qüvvələri və Radio Kəşfiyyat Xidmətinin əməkdaşı Ola Billger bidlirb.

“Expressen” nəşrinin məlumatına görə, hərbi təyyarə Stokholmdan 173 km aralıda yerləşən Linköpinq şəhərindən təxminən saat 08.00-da (Bakı vaxtı ilə 11:00) havaya qalxıb. Daha sonra Polşanın Belarus və Ukrayna ilə şərq sərhədi boyunca uçub.

Silahlı Qüvvələrin mətbuat xidmətinin nümayəndəsi Filip Saymonun sözlərinə görə, bütün prosess aidiyyəti ölkələrlə razılaşdırılıb.



Xəbəri paylaş

1197 dəfə oxunub.

Digər xəbərlər