Saytımızı qiymətləndirin


 
 

Putin 1-ci Tank Ordusuna komandanlıq edən generalı İŞDƏN ÇIXARDI
Tarix: 26-03-2022 | Saat: 17:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

Putin 1-ci Tank Ordusuna komandanlıq edən generalı İŞDƏN ÇIXARDI - FOTO

Rusiaylı general-leytenant, Qərb Hərbi Dairəsinin Birinci Tank Ordusunun komandanı Sergey Kisel işdən çıxarılıb. Əvvəllər onun müavini vəzifəsindən uzaqlaşdırılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko və jurnalist Roman Tsımbalyuk məlumat verib.

Tsymbalyukun sözlərinə görə, Kisel Ukraynadakı “xüsusi əməliyyat”ın uğursuzluğuna görə işdən çıxarılıb.

İşdən çıxarılan general-leytenant məqsədlərinə çatmamaqda, çağırışçıları Ukraynada hərbi əməliyyatlara cəlb etməkdə, habelə şəxsi heyət arasında külli miqdarda itkilərin olmasında ittiham edilib.

Geraşşenko əlavə edib ki, Kisel minlərlə əsgər və zabitinin dinc Ukraynaya qarşı döyüşə tam texniki və mənəvi hazırlıqsızlığına görə işdən çıxarılıb.Kreml Ukraynadakı müharibənin uğursuzluğuna görə generalı işdən çıxarıb / foto mil.ru



Xəbəri paylaş

1195 dəfə oxunub.

Digər xəbərlər