Saytımızı qiymətləndirin


 
 

NATO-dan Rusiyanın itkiləri ilə bağlı AÇIQLAMA:  40 minə qədər ola bilər
Tarix: 24-03-2022 | Saat: 07:39
Bölmə:Karusel / Region | çapa göndər

NATO-dan Rusiyanın itkiləri ilə bağlı AÇIQLAMA:  40 minə qədər ola bilər

Rusiya ordusunun Ukraynadakı ölən hərbi qulluqçularının sayı 7 mindən 15 minə qədər ola bilər.

Bu barədə adı açıqlanmayan NATO nümayəndəsi Amerikanın Səsinə bildirib.

O qeyd edib ki, yaralıları, itkinləri və əsirləri hesablasaq, ümumi itkilər 40 minə qədər ola bilər.

Xatırladaq ki, sabah NATO liderlərinin iclası keçiriləcək. Brüsseldə keçiriləcək sammitində Ukraynaya kimyəvi, bioloji , radioloji və nüvə təhlükələrindən qorunmaq üçün avadanlıqların verilməsi müzakirə olunacaq.

Ukrayna lideri Vladimir Zelenski NATO sammitində video formatda iştirak edəcək.



Xəbəri paylaş

1263 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70