Saytımızı qiymətləndirin


 
 

Çində qəzaya uğrayan təyyarənin sərnişinlərinin meyitləri hələ tapılmayıb
Tarix: 22-03-2022 | Saat: 08:11
Bölmə:Karusel / Dünya | çapa göndər

Təyyarə haqqında nə bilirik? - Uşaq Bilik Portalı

Xilasedicilər hələ Çinin cənubunda qəzaya uğrayan “Boeing 737” təyyarəsinin sərnişinlərin və ekipaj üzvlərinin meyitlərini tapmayıb.“RİA Novosti”yə istinadən xəbər Bu barədə Çinin Mərkəzi Televiziyası xilasedicilərə istinadən məlumat yayıb.

“Xilasedicilərin məlumatına görə, qəzaya uğrayan təyyarənin qalıqları hadisə yerində tapılıb, lakin itkin düşənlər hələ tapılmayıb”, - telekanal səhər saat 9:50-də (Bakı vaxtı ilə saat 05:50) bildirib.

Axtarış-xilasetmə işləri davam edir. Qeyd olunur ki, dağlıq ərazi axtarış işlərinin aparılmasında böyük çətinliklər yaradır.

Qeyd edək ki, hadisə bazar ertəsi olub. "China Eastern Airlines” şirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi Çinin Quanqsi-Çjuan Muxtar Bölgəsinin Uçjou şəhər dairəsində, Ten ərazisində qəzaya uğrayıb və meşə yanğınına səbəb olub. Mülki Aviasiya İdarəsi göyərtəsində 132 nəfərin, o cümlədən 123 sərnişin və 9 ekipaj üzvü olan “China Eastern Airlines”ə məxsus təyyarənin qəzaya uğradığını təsdiqləyib.



Xəbəri paylaş

1216 dəfə oxunub.

Digər xəbərlər