Saytımızı qiymətləndirin


 
 

“Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edir”
Tarix: 21-03-2022 | Saat: 22:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov İndoneziya xarici işlər nazirinin müavini Abdul Kadir Jailani ilə də görüşüb.

Xarici İşlər Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, görüş zamanı Elnur Məmmədov Azərbaycan – İndoneziya münasibətlərindən söz açıb və 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə İndoneziya Hökumətinə təşəkkürünü ifadə edib.

E.Məmmədov ikitərəfli münasibətlərin bütün sahələr üzrə daha da inkişafının, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

İndoneziya xarici işlər nazirinin müavini Abdul Kadir Jailani iki ölkə arasındakı münasibətlərə toxunub və ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini də vurğulayan nazir müavini bu münasibətlə Azərbaycan Hökumətini təbrik edib.

Görüşdə tərəflər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.



Xəbəri paylaş

1245 dəfə oxunub.

Digər xəbərlər