Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda son sutkada 112 nəfər COVID-19-a yoluxub, 6 nəfər ölüb
Tarix: 18-03-2022 | Saat: 18:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda son sutkada 112 nəfər COVID-19-a yoluxub, 6 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 112 yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 791 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 788 536 nəfər müalicə olunaraq sağalıb 9 647 nəfər vəfat edib, aktiv xəstə say1 105 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqəda 5 153, ötən müddət ərzində isə ümumilikdə 6 656 940 test aparılıb.



Xəbəri paylaş

1228 dəfə oxunub.

Digər xəbərlər