Saytımızı qiymətləndirin


 
 

Bacısı qızını dilənçiliyə məcbur edən şəxs saxlanıldı
Tarix: 18-03-2022 | Saat: 17:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bacısı qızını dilənçiliyə məcbur edən şəxs saxlanıldı

Bakıda azyaşlı bacısı qızını dilənçiliyə məcbur edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Qarabaginfo.az-a bildirilib ki, Yevlax rayon sakini Pərviz Bədəlov himayəsində olan azyaşlı bacısı qızını Nəsimi rayonunda dilənçiliyə məcbur edib.  Azyaşlını dilənçiliyə sövq edən əvvəllər məhkum olunmuş P.Bədəlov saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilib. Araşdırma zamanı azyaşlının faktiki olaraq valideyn himayəsindən məhrum olduğu, eləcə də həyat və sağlamlığı üçün ciddi təhlükə yarandığı müəyyən edilib.

Azyaşlı müvafiq dövlət qurumlarının iştirakı ilə müvəqqəti sığınacağa yerləşdirilib. Araşdırmalar davam etdirilir.

 



Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər