Saytımızı qiymətləndirin


 
 

BTE: Sifariş aldıqdan sonra məktəblilərin yeni formasI istehsal olunacaq
Tarix: 18-03-2022 | Saat: 16:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

BTE: Sifariş aldıqdan sonra məktəblilərin yeni formasI istehsal olunacaq

“Nazirlər Kabineti məktəbli formalarının nümunələrini bu gün təsdiq edib. Hələ ki, həmin formaların istehsalına hələ başlanılmayıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov deyib. O bilidirib ki, sifarişlərin hansı formada olacağı ilə bağlı yəqin ki, Təhsil Nazirliyi qərar qəbul edəcək:

"Biz, sifarişlər daxil olduqdan sonra istehsala başlayacağıq. Hələ qiymətlər barədə nəsə demək tezdir. 4 model üzrə yay-qış formaları var. Parça sifariş olunmalıdır. Ondan sonra qiymətlər müəyyənləşdiriləcək. İstehsalçı olaraq onu deyə bilərik ki, bizə hansı nümunədə sifariş olsa, hazırlaya bilərik" – o deyib.

Qeyd edək ki, bu gün Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq edib. Qərar 2022/2023-cü tədris ilindən tətbiq edilir. Hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər.



Xəbəri paylaş

1254 dəfə oxunub.

Digər xəbərlər