Saytımızı qiymətləndirin


 
 

Bakıda bu küçələr sabaha qədər bağlı olacaq
Tarix: 17-03-2022 | Saat: 13:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda bu küçələr sabaha qədər bağlı olacaq

 

Bakı şəhərində velosiped yollarının salınması layihəsi çərçivəsində bu gün axşam saat 22:00-dan sabah səhər saat 06:00-dək Səbail rayonu Üzeyir Hacıbəyli küçəsinin Puşkin, Rəşid Behbudov küçələri Azadlıq prospekti ilə kəsişmələrində müvafiq nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Bu barədə Qarabaginfo.az-a Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Qeyd olunan vaxt kəsiyində sözügedən kəsişmələrdə hərəkət xətlənmə işlərinin aparılacağı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. Agentlik sürücülərdən qeyd olunan vaxt müddətində işlərin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.



Xəbəri paylaş

254 dəfə oxunub.

Digər xəbərlər