Saytımızı qiymətləndirin


 
 

Erməni deputat: “Hakimiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq, Qarabağdan imtina edir”
Tarix: 17-03-2022 | Saat: 11:34
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

2022/03/pashi-1647425075.jpg
 
“Ermənistanın hazırkı hakimiyyəti Qarabağ məsələsindən çoxdan, yəqin ki, hələ 2020-ci il noyabrın 9-dan əvvəl imtina edib”.

Bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Aqnesa Xamoyan deyib.

Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri Azərbaycanın təqdim etdiyi bəndləri və onların məzmununu təsdiqləyib.

“Ermənistan hakimiyyəti bizim üçün vacib, əsas, təməl prinsip olan “öz müqəddəratını təyinetmə hüququ”ndan danışmır. Bundan başqa, məlum olur ki, hakimiyyət müvafiq prosesə başlamaq təklifi ilə ATƏT-in Minsk qrupuna müraciət edib. Bu ən azından o deməkdir ki, hazırkı hakimiyyət üçün bu beş bəndin məzmunu danışıqlarda müzakirə oluna bilər”, - deyə Xamoyan qeyd edib.

Erməni deputat vurğulayıb ki, Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq, nəhayət, Qarabağdan imtina edir.(ordu.az)


Xəbəri paylaş

330 dəfə oxunub.

Digər xəbərlər