Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Tarix: 15-03-2022 | Saat: 15:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 591 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1152, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1847, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 18 460, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1132 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 286 364, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 315 399 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 805 594, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 945 147, pozitiv nəticədən sonra buster doza olunanların sayı 220 224 təşkil edir.



Xəbəri paylaş

251 dəfə oxunub.

Digər xəbərlər