Saytımızı qiymətləndirin


 
 

Ekspert: "Rusiya-Ukrayna münaqişəsi buğdanın sürətlə bahalaşmasına zəmin yaradır"
Tarix: 14-03-2022 | Saat: 14:03
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Ekspert: "Rusiya-Ukrayna münaqişəsi buğdanın sürətlə bahalaşmasına zəmin yaradır"

Rusiya-Ukrayna münaqişəsi dünya bazarında buğdanın qiymətinin sürətlə artmasına zəmin yaradır.

Qarabaginfo.az xəbər verir ki, bu fikri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynov Rusiya-Ukrayna müharibəsinin buğda bazarına təsirlərini şərh edərkən səsləndirib.

Onun sözlərinə görə, dünyada buğda ixracının 29%-i Rusiya və Ukraynanın payına düşür.

"Rusiya-Ukrayna müharibəsi artıq dünya bazarında buğdanın qiymətinin sürətlə artmasına zəmin yaradır. Azərbaycanın taxılla bağlı ehtiyatları bir müddət daxili bazarda taxılın qiymətinin saxlanılması üçün istifadə oluna bilər. Lakin Azərbaycan üçün ən optimal variant alternativ bazarları axtarmaqdır", - deyə R. Hüseynov qeyd edib.

Ekspert əlavə edib ki, ötən il Azərbaycanda buğda istehsalında hər hektara düşən məhsuldarlıq 31,7 sentner olub. Son 5 ildə isə ümumiyyətlə orta məhsuldarlıqda artım müşahidə edilib.

"Lakin bunu, buğda istehsal edən bir sıra qabaqcıl ölkələrlə müqayisə etsək, bu rəqəmin aşağı olduğunu görərik. Bu sahədə görüləsi işlər davam etdirilməlidir. Azərbaycanda əhalinin böyük hissəsinin kalorili olan ehtiyacı çörək üzərindən qarşılandığı üçün buğda çox ciddi strateji məhsuldur. Beynəlxalq statistik məlumatlara əsasən, Azərbaycanda un istehsalı 2020-ci ildə adambaşına 84-85 kq-dır. Amma inkişaf etmiş ölkələrdə bu rəqəm 55-65 kq-dır. Azərbaycanda un istehlakının daha çox olması buğdanın ərzaq təhlükəsizliyini saxlamaq üçün önəmli məhsul olduğunu deməyə əsas verir", - deyə R. Hüseynov əlavə edib.(Apa)



Xəbəri paylaş

1207 dəfə oxunub.

Digər xəbərlər