Saytımızı qiymətləndirin


 
 

Zelenski: “Cəhdlərimiz prezidentlərin görüşünü təşkil etməyə yönəlib”
Tarix: 14-03-2022 | Saat: 08:26
Bölmə:Karusel / Region | çapa göndər

Volodimir Zelenski

 

Moskva ilə danışıqlarda nümayəndə heyətimizin bütün cəhdləri Ukrayna və Rusiya prezidentlərinin görüşünü təşkil etməyə yönəlib.

Qarabaginfo.az TASS-a istinadla xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Nümayəndə heyətləri gündəlik vieokonfrans formatında görüş keçirilər. Bizim nümayəndə heyətinin qarşısına dəqiq vəzifə qoyulub – prezidentlərin görüşü. İnanıram ki insanlar bunu gözləyir. Bu çox ağır yoldur, çətin situasiyadır. Məqsədimiz budur ki, bu mübarizədə, Ukraynanın apardığı mürəkkəb danışıqlar bizə və dünyaya lazımi nəticə versin. Biz normal və həqiqi zəmanət əldə edə bilək”, - deyə Ukrayna lideri vurğulayıb.



Xəbəri paylaş

1251 dəfə oxunub.

Digər xəbərlər