Saytımızı qiymətləndirin


 
 

BMT rəhbəri Ərdoğana təşəkkür etdi
Tarix: 13-03-2022 | Saat: 23:53
Bölmə:Karusel / Dünya | çapa göndər

Ərdoğan BMT-nin Baş katibi ilə görüşdü – FOTO

BMT-nin baş katibi Antonio Quterreş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə baş katibin ofisinin yaydığı bəyanatda bildirilib.

Məlumata görə, Quterreş Rusiya və Ukrayna arasında vasitəçilik səylərinə görə Ərdoğana minnətdarlıq edib. Tərəflər sülhün ən mühüm məqsəd olduğu üçün münaqişəyə son qoymaq məqsədilə müxtəlif təşəbbüsləri müzakirə ediblər.

Həmçinin, söhbət zamanı nüvə təhlükəsizliyi məsələləri, habelə böhranın dünyanın ərzaq və enerji təhlükəsizliyinə təsiri ətrafında fikir mübadiləsi aparılıb.



Xəbəri paylaş

1221 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70