"Ukrayna Rusiyanın bütün planlarını bilir. Müharibəni yalnız Putin və Şoyqu davam etdirmək istəyir".

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin rəisi, briqada generalı Kirill Budanov bildirib.

"18 batalyon taktiki qrupu döyüş qabiliyyətini tamamilə itirib, daha 13-ü tamamilə məhv edilib. 31 batalyon taktiki qrupu faktiki olaraq iki həftə ərzində döyüş qabiliyyətini itirib. Bunlar rusların indiyədək heç vaxt görmədiyi dəhşətli itkilərdir" - Budanov qeyd edib.(Unikal)