Saytımızı qiymətləndirin


 
 

"Avropa Parlamentinin qətnaməsi qəbuledilməzdir"
Tarix: 11-03-2022 | Saat: 17:37
Bölmə:Karusel / Siyasət | çapa göndər

Avropa Parlamenti qisas alır?

“Avropa Parlamentinin qətnaməsi qəbuledilməzdir və bizi çox məyus etdi”.

Qarabaginfo.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.

Onun sözlərinə görə, Avropa Parlamentində iki nəfər istisna olmaqla hər kəs qərarın lehinə səs verib: "Bunun qərəzli olduğunu demək olmaz. Görünür, həmin iki nəfərdən başqa, qalanları Cənubi Qafqazdan, regionda baş verənlərdən xəbərsizdir. Çox güman ki, onların Azərbaycan həqiqətlərindən məlumatı yoxdur. Həmin parlamentarilər Ermənistanın sərhədlərinin haradan başlayıb harada bitdiyini bilmirlər. Məscidlərin, tarixi abidələrin dağıdılmasında, vandallığa məruz qalmasında bizi günahlandırmağa çalışıblar. Beləliklə, bu sənəd, əslində, bumeranq effekti verdi və Avropa Parlamentində kimlərin təmsil olunduğunu ifşa etdi”.

U.Rəhimoğlu bildirib ki, Azərbaycan belə addımlara adekvat cavab verməlidir: "Azərbaycan öz mövqelərini gücləndirməlidir, həqiqətlərini daha ciddi təbliğ etməlidir. Əlbəttə, bu işdə vətəndaş cəmiyyətinin, medianın xüsusi rolu var. Hər kəs səfərbər olunub proseslərə reaksiya bildirir. Bu, məni sevindirir. Fikrimcə, hərbi sahədə nəticəsini gördüyümüz “Dəmir yumruğ"u diplomatiya meydanında da işə salmalıyıq”.

Qeyd edək ki, bu günlərdə Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib. Sənəddə iddia olunur ki, Azərbaycan Qarabağda “erməni mədəni irsini dağıdır”. Hətta Azərbaycanın digər ərazilərində də eyni addımların atıldığı yalanı ortaya atılır. Qətnamənin mətninə baxdıqda bunun Avropa Parlamentində, yoxsa “Baqramyan 33”də hazırlandığını ayırd etmək çətindir. Çünki mətndə yer alan ifadələr, irəli sürülən ittihamlar o qədər absurd və yalandır ki, bunu yalnız illərdir dünyanı öz yalanlarına dolayan və dünyanın da nədənsə həvəslə yalanlarına “aldandığı” ermənilər yaza bilərdilər. Buna cavab olaraq Azərbaycanın bir sıra QHT-ləri Avropa Parlamentinə etiraz bəyanatı ünvanlayıb. Bəyanatda göstərilir ki, Azərbaycana qarşı olan ikili standartlar, rasist xarakterli yanaşmalar və İslamofobiya hər zaman bəzi beynəlxalq qurumların işinin ana xəttini təşkil edib. Ötən gün erməni yalanlarına əsasən hazırlanan və Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması ilə bağlı yalan faktları özündə ehtiva edən qətnamənin korrupsioner şəxslərin əllərində oyuncağa çevrilmiş Avropa Parlamenti tərəfindən qəbul edilməsi Azərbaycana qarşı növbəti riyakarlıq kimi qiymətləndirilib.



Xəbəri paylaş

1264 dəfə oxunub.

Digər xəbərlər