Saytımızı qiymətləndirin


 
 

Rəşad Nəbiyev Ağstafada vətəndaşları qəbul edib
Tarix: 11-03-2022 | Saat: 17:31
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Nazir Rəşad Nəbiyev Ağstafada vətəndaşları qəbul edib (FOTO)

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağstafada vətəndaşları qəbul edib.

Bu barədə Qarabaginfo.az-a nazirlikdən bildirilib.

Məlumata görə, qəbuldan əvvəl nazir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Görüşdə Ağstafa ilə yanaşı, Qazax və Tovuz rayon sakinlərinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətləri dinlənilib. R.Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun, operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi yerində həllini tapıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara göndəriləcək.



Xəbəri paylaş

1211 dəfə oxunub.

Digər xəbərlər